Kolumbiyada silahlı toqquşmalarda 18 yaraqlı öldürülüb
Digər ölkələr
- 21 noyabr, 2022
- 02:56
Kolumbiyanın Putumayo departamentində iki qanunsuz silahlı qruplaşmanın üzvləri arasında baş verən qarşıdurmada azı 18 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Ombudsman Aparatı məlumat yayıb.
“Ombudsman Aparatı Puerto-Qusman şəhəri yaxınlığındakı kənd ərazisində qanunsuz silahlı qruplar arasında toqquşmalar zamanı 18 nəfərin həlak olmasından təəssüflənir”, - mətndə bildirilib.
Yerli orqanların məlumatına görə, qarşıdurmada tərk-silah edilmiş “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri”nin təşkilatının keçmiş üzvləri tərəfindən yaradılan “Karolina Ramires Cəbhəsi” və “Komandos de la frontera” cinayətkar dəstələri iştirak edib. Yaraqlılar Ekvadorla sərhəd zonada narkotik ticarətinə nəzarət etmək üçün mübarizə aparırlar.
Son xəbərlər
17:06
Azərbaycanda dekabrda nağdsız ödənişlər 19 % artıb
Maliyyə16:52
Əraqçi: ABŞ İrana yeni hücumların olmayacağına zəmanət verməlidir
Region16:46
Ukrayna Energetika Nazirliyi: Ölkənin enerji sistemi tədricən bərpa olunur – YENİLƏNİB
Energetika16:37
Proqnozları alt-üst edən "Qarabağ" – "Dumanlı Albion"da yeni tarix yazmaq fürsəti - ŞƏRH
Futbol16:37
Azərbaycan asfalt istehsalını 30 %-dən çox artırıb
Sənaye16:25
İranın Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib
Digər ölkələr16:24
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ekologiya16:20
Premyer Liqanın XVIII turunda "Kəpəz" "Şamaxı"ya məğlub olub
Futbol16:13