​Kolumbiyada sərnişin avtobusu uçuruma düşüb: - 4 ölü, 24 yaralı

​Kolumbiyada sərnişin avtobusu uçuruma düşüb: - 4 ölü, 24 yaralı Zərərçəkmişlər arasında ən azı 4 uşaq var
Digər ölkələr
18 Avqust , 2016 05:58
​Kolumbiyada sərnişin avtobusu uçuruma düşüb: - 4 ölü, 24 yaralı

Bakı. 18 avqust. REPORT.AZ/ Kolumbiyada baş vermiş yol qəzası nəticəsində ən azı 4 nəfər həlak olub.

Report"un məlumatına görə, bu barədə Kalarka şəhərinin xilasetmə xidmətindən xəbər verilib.

Kolumbiyanın "El Pais" portalının məlumatına görə, Boqota və Kali şəhərlərinin arasında sərnişindaşıma reysini həyata keçirən srərnişin avtobusu hələlik məlum olmayan səbəblərə görə, uçuruma düşüb. Nəticədə 24 nəfər xəsarət alıb. 

Zərərçəkmişlər arasında ən azı 4 uşaq var.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi