Kolumbiyada qarışıqlıqlar zamanı yüzlərlə polis yaralanıb

Kolumbiyada qarışıqlıqlar zamanı yüzlərlə polis yaralanıb Kolumbiyada vergi islahatının əleyhdarları ilə toqquşmaların iki günü ərzində azı 209 polis əməkdaşı xəsarət alıb
Digər ölkələr
1 May , 2021 04:11
Kolumbiyada qarışıqlıqlar zamanı yüzlərlə polis yaralanıb

Kolumbiyada vergi islahatının əleyhdarları ilə toqquşmaların iki günü ərzində azı 209 polis əməkdaşı xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kolumbiya milli polisinin məlumatında bildirilir.

"Cümə günü səhərə olan məlumata əsasən vandalların hücumları nəticəsində 28 apreldən ümumilikdə 209 polis zərər çəkib, onlardan 71-i Boqotada, 68-i Kalidə xəsarət alıb", - xəbərdə deyilir.

Qeyd edilir ki, son günlər vandalizm aktları və cinayətkar əməllərə görə 185 nəfər saxlanılıb. Onların arasında 8 xarici vətəndaş və həddi-büluğa çatmayan 16 nəfər var.

Hakimiyyət internetdə vandalizm aktlarının həyata keçirilməsi ilə bağlı 700 videoçarxdakı şəxslərin müəyyənləşdirilməsi üçün 20 milyon Kolumbiya pesosuna qədər (təxminən 5 357 ABŞ dolları - red) təklif edir.

İvan Duke hökumətinin vergi islahatına qarşı milli etiraz aksiyası parlamentdə müxalifət siyasətçilərinin çağırışlarından sonra başlanılıb, daha sonra onlara birləşmiş həmkarlar ittifaqları qoşulub.

Son xəbərlər

Orphus sistemi