Kolumbiyada prezident seçkilərinin növbəti turunda iki müxalifətçi mübarizə aparacaq
- 30 may, 2022
- 04:21
Kolumbiyada namizədlər Qustavo Petro və Rodolfo Eernandes prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.
"Report" TASS-a istinadən xəbər verir ki, hər iki siyasətçi respublikanın hazırkı hakimiyyətini tənqid edir.
Mülki Qeydiyyatın Milli Reyesrtrinin məlumatına görə, solçu “Tarixi Pakt” koalisiyasından namizəd olan Petro, seçicilərin 40,32 %-ni toplayıb. Özünün siyasi hərəkatı olan və digər partiyalarla ittifaqa girməyən Korrupsiyaya Qarşı Hökmdarlar Liqasının təmsilçisi edən Hernandesi isə seçicilərin 28,15 %-i dəstəkləyib.
"Bu gün dəyişiklik uğrunda mübarizə gedir. Prezident (İvan) Dukenin müttəfiqləri, onun siyasi layihəsi məğlubiyyətə uğradı. İnanıram ki, Kolumbiyada keçirilən səsvermənin nəticələri bütövlükdə dünyaya pis başa çatan dövrün bitməsindən xəbər verir, lakin ən əsası, bitdi”, - deyə Petro “Semana” jurnalının saytında yayımlanan tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
01:40
Bazar günü Kolumbiyada prezident seçkilərinin təşkili üçün açılmış seçki məntəqələri bağlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, respublikanın Daxili İşlər Nazirliyi seçkilərin normal şəraitdə keçdiyini bildirib. Daha əvvəl müdafiə naziri Dieqo Molano deyib ki, hərbçilər üç partlayıcı qurğu aşkarlayıb, onlardan ikisi seçki məntəqələrinin yaxınlığındakı səkilərdə qalıb. Bununla yanaşı, nazir baş verənlərin səsvermə prosesinə təsir etmədiyini vurğulayıb.
Ən yüksək dövlət vəzifəsi uğrunda 6 namizəd mübarizə aparır. Sorğulara görə, solçu “Tarixi Pakt” koalisiyasını təmsil edən senator Qustavo Petro yarışın favoriti hesab olunur. Seçki kampaniyası zamanı o, qələbə qazanacağı təqdirdə Venesuela ilə diplomatik münasibətləri bərpa etmək niyyətində olduğunu və ABŞ-la azad ticarət sazişinin şərtlərinin dəyişdirilməsini nəzərdən keçirməyi zəruri hesab etdiyini bildirib.
Petronun əsas rəqibləri hakim Demokratik Mərkəz Partiyasının dəstəklədiyi sağçı “Kolumbiya uğrunda komanda” koalisiyasından Federiko Quterrez və özünün siyasi hərəkatı olan Rodolfo Eernandesdir.
Səsvermənin nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, iyunun 19-da ikinci tur keçiriləcək. 2022-ci ildə bildirilib ki, Kolumbiyada təxminən 38,8 milyon seçici var.
29.05.2020. 20:03
Kolumbiyada prezident seçkiləri keçirilir
"Report" TASS-a istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 17:00) açılıb və saat 16:00-a (saat 01:00-a) qədər işləyəcək.
Ən yüksək dövlət vəzifəsi uğrunda altı namizəd mübarizə aparır. Sorğulara görə, solçu “Tarixi pakt” koalisiyasını təmsil edən senator Qustavo Petro seçki yarışının favoriti hesab olunur. Seçki kampaniyası zamanı o, qələbə qazanacağı təqdirdə Venesuela ilə diplomatik münasibətləri bərpa etmək niyyətində olduğunu və ABŞ-la azad ticarət sazişinin şərtlərinin dəyişdirilməsini nəzərdən keçirməyi zəruri hesab etdiyini bildirib.
Petronun əsas rəqibləri hakim Demokratik Mərkəz Partiyasının daxil olduğu sağçı “Kolumbiya uğrunda Komanda” koalisiyasından Federiko Quterrez və siyasi hərəkatın rəhbəri “Korrupsiyaya qarşı hökmdarlar” Liqasından Rodolfo Ernandes olacaq.
Ən yüksək hökumət postuna digər namizədlər mühafizəkar “Ədalətli Kolumbiya” partiyasından Con Milton Rodriges, mərkəzçi “Ümid Mərkəzi” koalisiyasından Serxio Faxardo və sağçı Milli Qurtuluş Hərəkatı Partiyasından Enrike Martinesdir.