Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb, onlarla şagird xəsarət alıb

Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb, onlarla şagird xəsarət alıb Bakı. 3 noyabr. REPORT.AZ/ Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb.
Digər ölkələr
3 Noyabr , 2018 03:56
Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb, onlarla şagird xəsarət alıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Kolumbiyada məktəbli avtobusu qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Monteriya və Arboletes bələdiyyələrinin birləşdiyi yolda baş verib. Yerli konki sürmə yarışının iştirakçıları olan uşaqları daşıyan avtobus idarəetmədən çıxıb və ağaca çırpılıb. Hadisə nəticəsində avtobusun sürücüsü hadisə yerində ölüb, daha 19 məktəbli isə xəsarət alıb

Yaralılar xəstəxanaya çatdırılıb.

Polis hadisə ilə bağlı təhqiqat aparır. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Son xəbərlər

Orphus sistemi