ABŞ-da yük avtomobili məktəbli avtobusuna çırpılıb, onlarla xəsarət alan var

ABŞ-da yük avtomobili məktəbli avtobusuna çırpılıb, onlarla xəsarət alan var Bakı. 24 may. REPORT.AZ/ ABŞ-da yük avtomobili məktəbli avtobusu ilə toqquşub.
Digər ölkələr
24 May , 2018 04:12
ABŞ-da yük avtomobili məktəbli avtobusuna çırpılıb, onlarla xəsarət alan var

Bakı. 24 may. REPORT.AZ/ ABŞ-da yük avtomobili məktəbli avtobusu ilə toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Associated Press" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Viskonsin ştatında baş verib. Qəza zamanı 20 nəfər xəsarət alıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-nün vəziyyətinin xəsarəti ağırdır.

Polis nümayəndəsinin sözlərinə görə, qəzadan əvvəl yük avtomobilinin nəqliyyat vasitəsini qeyri-adekvat idarə etməsi barədə xəbər daxil olub. Avtobus nasazlıq səbəbindən yolun kənarında dayanıb. Onun salonunda ümumilikdə 33 nəfər olub. 

Son xəbərlər

Orphus sistemi