Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Digər ölkələr
  • 06 iyun, 2022
  • 03:37
Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

Kolumbiyanın El-Suliya bələdiyyəsində şaxtada baş verən partlayış nəticəsində azı 12 şaxtaçı ölüb, daha 3 nəfərin axtarışları davam edir.

“Report” xəbər verir ki, bu barədə bazar günü ölkənin Mülki Müdafiə Departamenti tviterdə məlumat yayıb.

"Biz El-Suliyadakı “La Mestisa” mədənində xilasetmə əməliyyatına yardım göstərməyə davam edirik. Bu günə qədər xilasedicisi qrup 11 meyiti çıxarıb", - məlumatda deyilir.

Bundan əvvəl itkin düşmüş hesab edilən 6 şaxtaçının meyitinin tapıldığı bildirilib. Partlayışdan dərhal sonra daha bir şaxtaçı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hadisə mayın 30-da baş verib. İlkin olaraq mədən daxilində qayaların uçması səbəbindən 14 şaxtaçının bloklandığı xəbər verilib. Səlahiyyətli şəxslər mədəndə qazın yüksək konsentrasiyasının axtarış-xilasetmə əməliyyatına mane olduğunu bildirir.

44 - Tezliklə