Kolumbiyada koronavirusa yoluxanların sayı 40 mini ötdü

Kolumbiyada koronavirusa yoluxanların sayı 40 mini ötdü Kolumbiyada 1 483 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 105 nəfər müalicə olunaraq sağalıb.
Digər ölkələr
9 İyun , 2020 07:20
Kolumbiyada koronavirusa yoluxanların sayı 40 mini ötdü

Kolumbiyada 1 483 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 105 nəfər müalicə olunaraq sağalıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 49 nəfər vəfat edib.

Kolumbiyada 40 719 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 427 nəfər müalicə olunaraq sağalıb, 1 308 nəfər dünyasını dəyişib. .

Nazirlik eyni zamanda infeksiyanın ölkənin bütün bölgələrində aşkarlandığını bildirib. Yoluxanların ən çox sayı Kolumbiyanın paytaxtı Boqota şəhərində (13 329 nəfər ) qeydə alınıb. 

Orphus sistemi