Kolumbiyada kömür mədənində partlayış olub, ölənlər var

Digər ölkələr
  • 24 avqust, 2021
  • 22:30
Kolumbiyada kömür mədənində partlayış olub, ölənlər var

Kolumbiyanın Boyake departamentində kömür mədənində partlayış olub.

“Report” xəbər verir ki, bu barədə regionun senatoru Aida Avelya özünün tvitterdəki hesabında bildirib.

O, qeyd edib ki, partlayış zamanı dörd nəfər həlak olub, bir nəfər ağır xəsarət alıb, daha yeddi nəfərin dağıntılar altında qaldığı güman edilir.

"Boyakedə kömür mədənlərində qəzalar davam edir. Bu gün Topaqedə 4 işçi həlak olub. Təcili tədbirlər görmək lazımdır", - senator yazıb.

“Europe & World News” nəşri yazıb ki, hadisənin baş verməsinə ilkin səbəb kimi metan və kömür tozunun partlayışı göstərilir.