Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 8 hərbçi ölüb

Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 8 hərbçi ölüb Bu barədə Kolumbiya prezidenti Xuan Manual Santos Twitterdə yazıb
Digər ölkələr
2 May , 2017 04:26
Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 8 hərbçi ölüb

Bakı. 2 may. REPORT.AZ/ Kolumbiya prezidenti Xuan Manual Santos təyyarə qəzasında 8 hərbçinin həlak olduğunu bildirib.

"Report"un məlumatına görə, prezident bununla bağlı Twitterdə yazıb.

"Biz Kolumbiya ordusunun təyyarəsinin Kundinamarkdakı insidentinin qurbanlarının yaxınları ilə həmrəyik, 8 insan həyatını itirib" – deyə prezident Twitterdə yazıb.

Xilasetmə xidmətinin ilkin məlumatına görə, qəzaya uğrayan "Cessna Caravan" təyyarəsidir. O, Tolima departamentindəki hərbi bazadan paytaxtın şimalındakı rayona uçurmuş.

" Tiempo" portalının xəbərinə görə, təyyarənin telekommunikasiya anteninə çırpılması barədə məlumatlar yayılıb. 

Son xəbərlər

Orphus sistemi