Yuxarı

Kolumbiyada güllələrdən hazırlanmış qələmlərlə tarixi sənədə imza atılacaq

Saziş ölkə prezidenti ilə üsyançılar arasında imzalanacaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ Kolumbiyada güllələrdən hazırlanmış xüsusi diyircəkli qələmlərlə yarım əsrdir davam edən qanlı qırğına son qoyacaq saziş imzalanacaq.

"Report" xəbər verir ki, BMT-nin Baş katibi Pan Gi Mun digər beynəlxalq təşkilatların rəhbərləri və onlarla ölkələrin nümayəndələri ilə Kartaxena şəhərində keçiriləcək mərasimdə iştirak edəcək.

Sənədi ölkə prezidenti və Kolumbiya İnqilabi Silahlı Qüvvələrindən olan (KİSQ) üsyançıların rəhbəri imzalayacaq.

Tarixi hadisənin bütün iştirakçılarına xatirə olaraq qələm hədiyyə ediləcək. Kolumbiya prezidentinin bəyanatında bildirilir ki, onlar güllələrin təhsilə və gələcəyə çevrilməsini rəmzləşdirəcək.

İmzalanma mərasimindən sonra BMT-nin Baş katibi Kolumbiya prezidenti və KİSQ-nin komandanı ilə ikitərəfli görüş keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi