Bakı. 8 aprel. REPORT.AZ/ Kolumbiyanın Konstitusiya Məhkəməsi ölkədə eynicinsli nikahların qeydiyyata alınmasına icazə verib.
"Report" xəbər verir ki, bu barədə "El Tiempo" nəşri yazıb.
Qeyd olunur ki, qərar səsvermə yolu ilə qəbul olunub: 6 səs "lehinə" və 3 səs "əleyhinə".
Bunadək ölkədə eynicinsli nikahlar yalnız vətəndaş nikahında qeydiyyata alına bilərdi.