Kolumbiya polisi ölkədə bir neçə gün ərzində keçirilən etirazlar zamanı 430-dan çox insanı saxlayıb.
“Report” xəbər verir ki, bu barədə bazar ertəsi Cənubi Amerika respublikasının milli müdafiə naziri Dieqo Molano bildirib.
"Biz 431 nəfəri saxlamağa müvəffəq olduq", - nazir
O, əlavə edib ki, etirazlar zamanı 846 nəfər xəsarət alıb. Onlar arasında 540 polis əməkdaşı da var.
Yerli
Çərşənbə günündən başlayaraq, Kolumbiyanın demək olar hər yerində vergi islahatına qarşı nümayişlər keçirilir. Boqotada, Kalidə, Medelinada və başqa şəhərlərdə qarışıqlıqlar qeydə alınıb. Cümə günü hökumət islahata dəyişikliklər etməyə razılıq verib, ancaq etirazlar davam edir.