Kolumbiyada çay daşqınları nəticəsində 154 nəfər ölüb

Kolumbiyada çay daşqınları nəticəsində 154 nəfər ölüb Təbii fəlakət zamanı 400 nəfər yaralanıb, 220-si itkin düşüb
Digər ölkələr
2 Aprel , 2017 00:46
Kolumbiyada çay daşqınları nəticəsində 154 nəfər ölüb

Bakı. 2 aprel. REPORT.AZ/ Kolumbiyanın Putumayo departamentində çayların daşması nəticəsində əmələ gələn sel suları 154 nəfərin həyatına son qoyub.

“Report” xəbər verir ki, bu barədə ölkə prezidenti Xuan Manuel Santosun bəyanatına istinadən “Sinxua” məlumat yayıb.

Yerli Qırmızı Xaç Komitəsinin məlumatına görə, təbii fəlakət zamanı 400 nəfər yaralanıb, 220 yerli sakin itkin düşüb.

Faciə şənbə gününə keçən gecə məcrasından çıxan Mokoa, Sanqoyako və Mulatos çaylarının sel axınına səbəb olması nəticəsində baş verib. Sel suları 45 min əhalisi olan Makao şəhərinin 17 rayonuna yayılıb.

Son xəbərlər

Orphus sistemi