Kolumbiyada baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 300-ü ötüb, daha 314 nəfər itkin düşüb - YENİLƏNİB

Kolumbiyada baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 300-ü ötüb, daha 314 nəfər itkin düşüb - YENİLƏNİB Daha 301 nəfərin cəsədi tapılıb
Digər ölkələr
6 Aprel , 2017 06:16
Kolumbiyada baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 300-ü ötüb, daha 314 nəfər itkin düşüb - YENİLƏNİB
Foto johnsoncitypress.com

Bakı. 6 aprel. REPORT.AZ/ Kolumbiyada baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Xəbərdə bildirilir ki, təbii fəlakət nəticəsində 301 nəfərin cəsədi tapılıb. Onların hələlik 173-nün şəxsiyyəti müəyyənləşdirilib. 

Qeyd edək ki, bundan əvvəlki məlumatda sel daşqınları nəticəsində 293 nəfərin öldüyü bildirilirdi. 



***03:01

Kolumbiyada baş vermiş daşqınlar nəticəsində azı 314 nəfər itkin düşüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Xuan Manuel Santos məlumat verib.

"Bu gün səhər qohumları 467 nəfərin itkin düşdüyünü bildirdilər. Onların 153 nəfərini tapmaq mümkün oldu. 119 nəfər diri tapılıb. Lakin təəssüf ki, 34 nəfərin cəsədi tapılıb" – deyə prezident televiziya vasitəsilə müraciətində bildirib.

Dövlət başçısı həmçinin ölənlərin sayının 293 nəfərə, xəsarət alanların sayının 332 nəfərə çatdığını bildirib. Təxminən 2,7 min nəfər müvəqqəti sığınacaqlarda qalırlar.

"EFE" agentliyi isə itkin düşənlər arasında əcnəbilərin də olduğunu bildirib. Agentliyin xəbərində bildirilir ki, itənlər arasında bir neçə xarici ölkə vətəndaşı - üç ispan, bir alman və 1 Ekvador vətəndaşı var. 

Son xəbərlər

Orphus sistemi