Kolumbiyada körpünün uçması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB

Kolumbiyada körpünün uçması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB Hadisə zamanı xəsarət almış digər şəxslər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
10 Yanvar , 2017 06:27
Kolumbiyada körpünün uçması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 10 yanvar. REPORT.AZ/ Kolumbiyanın Meta departamentinin Vilyavisensio şəhərindəki asma körpünün uçması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Hadisə zamanı xəsarət almış digər şəxslər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə ötən gün baş verib.



***23:44

Kolumbiyanın Meta departamentinin Vilyavisensio şəhərindəki asma körpünün uçması nəticəsində 7 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" şəhər rəhbəri Aleksander Quterresə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, hadisə zamanı daha 13 nəfər xəsarət alıb. Şəhər rəhbərinin sözlərinə görə, faciə baş verən vaxt körpüdə 30 nəfər olub. 

"El Heraldo" portalının məlumatına görə, həlak olanlar arasında iki uşaq da var. Hazırda hadisə yerində xilasedicilər və həkimlər zərərçəkənlərə yardım göstərirlər.

Hakimiyyət orqanları sakinləri yaralılara qan verməyə çağırıb, çünki şəhərdə donor qanı çatışmazlığı mövcuddur.

Son xəbərlər

Orphus sistemi