Kolumbiya prezidentinin xanımında virus aşkarlandı

Kolumbiya prezidentinin xanımında virus aşkarlandı Kolumbiya prezidentinin xanımı Mariya Xuliana Ruisin növbəti koronavirus testinin nəticəsi müsbət olub.
Digər ölkələr
25 Noyabr , 2020 04:10
Kolumbiya prezidentinin xanımında virus aşkarlandı
İvan Duke və Mariya Xuliana Ruis

Kolumbiya prezidentinin xanımı Mariya Xuliana Ruisin növbəti koronavirus testinin nəticəsi müsbət olub.

"Report" xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidmətində bildiriblər.

"Millətin birinci xanımının bir gün əvvəl keçirilmiş testin nəticələri müsbətdir. Hazırda onda simptom yoxdur, o Səhiyyə Nazirliyinin təcridolunma protokollarına riayət edir", - rəsmi xəbərdə bildirilir.

Məlumata görə, ölkə prezidenti İvan Dukenin son testinin nəticəsi mənfidir.

Qeyd edək ki, Kolumbiya pandemiya baxımından vəziyyətin gərgin olduğu ölkələrdəndir. Kolumbiyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 1 225 490-a çatıb.

Son xəbərlər

Orphus sistemi