Kolumbiya prezidenti xələfini ölkədəki sülhü qorumağa çağırıb

Kolumbiya prezidenti xələfini ölkədəki sülhü qorumağa çağırıb Bakı. 21 iyul. REPORT.AZ/ Kolumbiya prezidenti xələfini ölkədəki sülhü qorumağa çağırıb.
Digər ölkələr
21 İyul , 2018 06:59
Kolumbiya prezidenti xələfini ölkədəki sülhü qorumağa çağırıb

Bakı. 21 iyul. REPORT.AZ/ Kolumbiya prezidenti xələfini ölkədəki sülhü qorumağa çağırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Xuan Manuel Santos belə bir çağırışla "Twitter"də çıxış edib.

O, xələfi İvan Dukeyə və martda seçilmiş konqresə müraciət edərək onlardan sülhü qorumalarını istəyib. 

"Bu gün sizə, konqresmenlərə və yeni prezidentə deyirəm – yenicə yaranmış sülhün qayğısına qalın. Onu qoruyun! Onun uğrunda mübarizə aparın! Çünki bu, hər bir xalqın malik olduğu ən qiymətli şeydir. Kolumbiya sülh şəraitində yaşamağa layiqdir", - deyə o yazıb.

Qeyd edək ki, iyunun ortalarında məlum olub ki, Duke Kolumbiyada keçirilən prezident seçkilərində qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi