​Kolumbiya mafiozları Parisdə iki terrorçunu güllələyərək "milli qəhrəman"a çevriliblər - FOTO

​Kolumbiya mafiozları Parisdə iki terrorçunu güllələyərək "milli qəhrəman"a çevriliblər - FOTO "Şimal narkokarteli"nin üç üzvü beynəlxalq axtarışda olub
Digər ölkələr
21 Noyabr , 2015 04:04
​Kolumbiya mafiozları Parisdə iki terrorçunu güllələyərək milli qəhrəmana çevriliblər - FOTO

Bakı. 21 noyabr. REPORT.AZ/ Parisdə beynəlxalq axtarışda olan Kolumbiya mafiyasının nümayəndələri avtomatla kafeyə daxil olan İŞİD silahlılarını ("İraq-Şam İslam Dövləti" terror qruplaşması) güllələyiblər.

"Report" xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı yazır.

Narkokartel nümayəndələri bu hərəkətləri ilə onlarla insanın həyatını xilas ediblər və hadisə yerinə gələn polisləri çətin seçim qarşısında qoyublar.

Məlum olub ki, insident noyabrın 19-u axşam saatlarında Paris kafelərindən birində baş verib. İki İŞİD silahlısı kafeyə basqın edərək müştərilərə atəş açmağa başlayıb. Bu zaman orada olan "Şimal narkokarteli"nin üç nümayəndəsi terrorçulara cavab atəşi açaraq onları zərərsizləşdiriblər və müəssisənin onlarla ziyarətçisinin həyatını xilas etmiş olublar.

Hadisə yerinə gələn polis əməkdaşları kolumbiyalıları saxlayıb. KİV-in yazdığına görə, çox güman ki, mafiozlar Kolumbiya hakimiyyətinə təhvil veriləcəklər.

Son xəbərlər

Orphus sistemi