Kolumbiya hökuməti və üsyançılar münaqişənin deeskalasiyası barədə razılığa gəliblər

Kolumbiya hökuməti və üsyançılar münaqişənin deeskalasiyası barədə razılığa gəliblər Kolumbiya hökumətinin nümayəndə heyəti və "İkinci Marqetaliya" üsyançı qrupunun Karakasdakı danışıqlarının ilk turunun nəticələrinə əsasən münaqişənin gərginləşməməsi və birtərəfli atəşkəslə bağlı razılaşma ilə əldə edilib.
Digər ölkələr
1 İyul , 2024 05:16
Kolumbiya hökuməti və üsyançılar münaqişənin deeskalasiyası barədə razılığa gəliblər

Kolumbiya hökumətinin nümayəndə heyəti və "İkinci Marqetaliya" üsyançı qrupunun Karakasdakı danışıqlarının ilk turunun nəticələrinə əsasən münaqişənin gərginləşməməsi və birtərəfli atəşkəslə bağlı razılaşma ilə əldə edilib.

“Report” xəbər verir ki, bu barədə tərəflərin Kolumbiya Prezidenti Administrasiyasının “X”dəki səhifəsində yayılmış birgə bəyanatında deyilir.

"Kolumbiya hökumətinin nümayəndə heyətləri və “İkinci Marqetaliya”, bu il 24-29 iyun tarixləri arasında Venesuela Bolivar Respublikasının Karakas şəhərində danışıqların ilk turunu keçirdi", - bəyanatda qeyd edilir. Sənəddə 2016-cı il sülh sazişinin imzalanmasından sonra ləğv edilmiş "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri" üzvləri tərəfindən yaradılan "İkinci Marqetaliya" qruplaşmasının mövcud olduğu ərazilərdə üsyançılar tərəfindən birtərəfli atəşkəsdən və münaqişənin deeskalasiyasından bəhs olunur.

Üsyançı qrup girovları azad etməyi və əlində saxladığı ərazilərdə mülki əhalinin hüquqlarını təmin etməyi də öhdəsinə götürür. "Milli hökumət hərtərəfli aqrar islahatlara və torpaqların bərpası proqramlarına üstünlük verəcək", - birgə bəyanatda deyilir.

Tərəflər danışıqlara zəmanət verən ölkələrə - Venesuela, Kuba, Norveçə göstərdikləri dəstəyə və müşayiətə görə minnətdarlıqlarını bildiriblər və Kuba hökumətindən avqustun əvvəlində Havanada danışıqların ikinci turunu keçirməsini xahiş ediblər.

Son xəbərlər

Orphus sistemi