Kolumbiya hərbçiləri 3 tona yaxın kokain və marixuana müsadirə ediblər

Kolumbiya hərbçiləri 3 tona yaxın kokain və marixuana müsadirə ediblər Kolumbiya Hərbi Dəniz Qüvvələri 3 ton kokain və marixuana ələ keçirərək, onların Mərkəzi Amerika ölkələrinə daşınmasına mane olub.
Digər ölkələr
26 İyun , 2022 09:22
Kolumbiya hərbçiləri 3 tona yaxın kokain və marixuana müsadirə ediblər

Kolumbiya Hərbi Dəniz Qüvvələri 3 ton kokain və marixuana ələ keçirərək, onların Mərkəzi Amerika ölkələrinə daşınmasına mane olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Dieqo Molano bildirib.

“Narkotik ticarətinə qarşı qətiyyətli mübarizə çərçivəsində Hərbi Dəniz Qüvvələrimiz Çoko və Val-del-Kauka departamentlərində 3 tona yaxın narkotik maddə ələ keçirdi. Biz Mərkəzi Amerika ölkələrinə təxminən 6 milyon doza kokain və marixuananın daşınmasının qarşısını aldıq”, - o, bildirib

Hərbi Dəniz Qüvvələri ələ keçirilən narkotiklərin qara bazarda 82 milyon dollar dəyərində olduğunu təxmin edir.

Son xəbərlər

Orphus sistemi