Köln aeroportunda şübhəli əşya aşkarlanıb, sərnişinlər və əməkdaşlar təxliyə edilib

Köln aeroportunda şübhəli əşya aşkarlanıb, sərnişinlər və əməkdaşlar təxliyə edilib Bununla belə, şübhəli şəxs saxlanılmayıb, sadəcə, təxliyə ilə bağlı elan verilib
Digər ölkələr
25 Mart , 2017 17:51
Köln aeroportunda şübhəli əşya aşkarlanıb, sərnişinlər və əməkdaşlar təxliyə edilib

Bakı. 25 mart. REPORT.AZ/ Köln hava limanının sərnişinləri və işçiləri hüquq-mühafizə orqanları əməkdaşlarının şübhəli əşya ilə bağlı məlumat əldə etməsindən sonra təxliyə edilib.

"Report" Almaniya KİV-inə istinadən xəbər verir ki, aeroport əməkdaşları sərnişinlərdən birinin yükünü yoxlayan zamanı qəribə əşya görüblər.

Bununla belə, şübhəli şəxs saxlanılmayıb, sadəcə, təxliyə ilə bağlı elan verilib.

Hava limanından təxminən 500 nəfər təxliyə edilib. Hazırda 1 nömrəli terminalın işi dayandırılıb. Bundan əlavə, 11 reysin aeroportun digər terminalları vasitəsilə həyata keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi