Yuxarı
    Bağlamaq

    ​Koalisya qüvvələri ilk dəfə Bəşşar Əsəd ordusunun mövqelərini bombalayıb, 4 əsgər ölüb, 13-ü yaralanıb

    Suriyanın Xarici İşlər Nazirliyi Deyr-əz-Zorda vaş verən hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasına etiraz notası göndərib

    Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin təyyarələri Suriyada Bəşşar Əsədə sadiq silahlıların düşərgəsini bombalayıb. 

    "Report" "France Press"ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqlarını Müşahidə Mərkəzi məlumat yayıb.

    Açıqlamaya əsasən, koalisiya qüvvələrinin Bəşşar Əsəd rejiminə sadiq silahlıların yerləşdiyi Deyr-əz-Zordakı düşərgəsini bombalaması nəticəsində 4 döyüşçü ölüb, 13-ü isə yaralanıb. Suriyanın Xarici İşlər Nazirliyi Deyr-əz-Zorda vaş verən hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasına etiraz notası göndərib.

    Qeyd edək ki, koalisiya qüvvələri İraq və Suriyada terrorçu İŞİD qruplaşmasının mövqelərini bombalayır. Koalisiya qüvvələri ilk dəfədir B.Əsəd hərbçilərinin mövqelərini bombalayır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi