ABŞ rəsmisi: “Koalisiya qüvvələri Suriyadakı həmin əraziyə heç bir aviazərbə endirməyib”

ABŞ rəsmisi: “Koalisiya qüvvələri Suriyadakı həmin əraziyə heç bir aviazərbə endirməyib” Bəşşar Əsədə bağlı qərargah koalisiyanın İŞİD terror qruplaşmasının kimyəvi silah anbarına aviazərbə endirdiyi barədə xəbər yaymışdı
Digər ölkələr
13 Aprel , 2017 17:32
ABŞ rəsmisi: “Koalisiya qüvvələri Suriyadakı həmin əraziyə heç bir aviazərbə endirməyib”

Bakı. 13 aprel. REPORT.AZ/ “Koalisiya qüvvələri Suriyadakı həmin əraziyə sözügedən vaxtdfa heç bir aviazərbə endirməyib”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Hərb Hava Qüvvələrinin polkovniki, koalisiya qüvvələri qərargahının sözçüsü Con Dorrian vurğulayıb.

Onun sözlərinə görə, ABŞ başda olmaqla koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətində terrorçu İŞİD qruplaşmasının silah-sursat anbarını bombalamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Bəşşar Əsədə bağlı silahlı qüvvələrin baş qərargahı ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasının Deyr əz-Zor şəhərində yerləşən kimyəvi silah anbarına aviazərbə endirdiyi barədə xəbər yaymışdı. Həmin məlumatda aviazərbə nəticəsində yüzlərlə dinc sakinin öldüyü bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi