Koalisiya qüvvələri Suriyada İŞİD-in yeni qalasına hücuma hazırlaşır

Koalisiya qüvvələri Suriyada İŞİD-in yeni qalasına hücuma hazırlaşır Abu-Kamal terrorçuların ən vacib qalası olaraq qalır
Digər ölkələr
28 Oktyabr , 2017 08:49
Koalisiya qüvvələri Suriyada İŞİD-in yeni qalasına hücuma hazırlaşır

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İŞİD terror qruplaşması rəhbərliyinin gizləndiyi güman edilən Suriyanın Deyr-ez-Zor vilayətindəki Abu-Kamal şəhərinə hücuma hazırlaşır.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda koalisiyasının nümayəndəsi Rayan Dillon bildirib.

O, qeyd edib ki, koalisiya qüvvələri Suriya hərbçiləri ilə birlikdə əldə etdiyi müvəffəqiyyətləri gücləndirməli, İŞİD ərazisi olan rayonları terrorçulardan təmizləməlidir. Daha sonra İŞİD rəhbərliyinin əsas hissəsinin olduğu hesab edilən Abu-Kamala hücuma hazırlaşmalıdır.

Onun məlumatlarına görə, İraqda Mosulun və Suriyada Rakkanın alınmasından sonra Abu-Kamal terrorçuların ən vacib qalası olaraq qalır. Dillon terrorçuların tam məhvinin təxmini müddətini açıqlaya bilməyib.

"Xəlifə ideyası daha real deyil… İŞİD döyüşçüləri bunu etiraf edir, anlayırlar. Onlar gedir və təslim olurlar", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi