​Koalisiya qüvvələri Suriya və İraqa 19 aviazərbə endirib

​Koalisiya qüvvələri Suriya və İraqa 19 aviazərbə endirib 10 zərbə Suriyaya, daha 9 zərbə isə İraqa endirilib
Digər ölkələr
20 Yanvar , 2015 21:34
​Koalisiya qüvvələri Suriya və İraqa 19 aviazərbə endirib

Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ və beynəlxalq koalisiya qüvvələri yanvarın 19-da "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Suriya və İraqdakı mövqelərinə havadan 19 zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə çoxmillətli koalisiya qüvvələrinin bəyanatına istinadən "Reuters" məlumat yayıb.

Bəyanatda bildirilir ki, 10 zərbə Suriyaya, əsasən Kobani şəhəri yaxınlığına, daha 9 zərbə isə İraqın Əl-Qaim, Əl-Əsəd və Mosul şəhərləri yaxınlığına endirilib.

Son xəbərlər

Orphus sistemi