Yuxarı

​Klinton prezident seçiləcəyi təqdirdə iqtisadiyyatın bərpasını həyat yoldaşına tapşıracaq

Hillari Klinton: Mənim ərim bunu necə etmək lazım olduğunu bilir

Bakı. 16 may. REPORT.AZ/ Demokratlar partiyasından ABŞ prezidentliyinə daha çox ehtimal edilən namizəd Hillari Klinton bəyan edib ki, gələcək seçkilərdə qalib olacağı təqdirdə Amerika iqtisadiyyatının bərpasını həyat yoldaşı Bill Klintona həvalə edəcək.

"Report" "ABC News" telekanalına istinadən xəbər verir ki, bunu o, seçkiqabağı kampaniya çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Mənim iqtisadiyyatı bərpa etməyi tapşıracağım ərim, bunu necə etmək lazım olduğunu bilir", — deyə Klinton qeyd edib.

Onun sözlərinə görə, xüsusilə Klintonun bilikləri kömür hasilatı rayonlarında (ölkənin şərq hissəsində), şəhərlərdə milli azlıqların yaşadıqları yerlərdə və "ölkənin diqqət yetirilməyən digər yerlərində lazım olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi