Yuxarı

Klinton milli təhlükəsizlik məsələləri üzrə ilk brifinqində iştirak edib

Görüş 1 saatdan bir qədər çox davam edib

Bakı. 28 avqust. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton nominasiya alandan sonra şənbə günü milli təhlükəsizlik məsələləri üzrə ilk brifinqində iştirak edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters"in məlumatında bildirilir.

ABŞ prezidentliyinə namizədlər üçün brifinq keçirilməsi ənənəsinin əsası 1952-ci ildə prezident Harri Trumen tərəfindən qoyulub. O, potensial dövlət başçısına əsas beynəlxalq problemlər, kəşfiyyat məlumatları haqqında informasiya vermək məqsədi daşıyır.

Klintonun Respublikaçılar Partiyasından olan rəqibi Donald Tramp da bu yaxınlarda ilk brifinqində iştirak edib.

Klinton ilə görüş onun yaşadığı evin yaxınlığında, Federal Araşdırmalar Bürosunun Nyu-Yorkun Uayt-Pleyns şəhər bölməsində baş tutub. Brifinq 1 saatdan bir qədər çox davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi