Klinton Kaliforniyaya səfərini xəstəlik səbəbindən təxirə salıb

Klinton Kaliforniyaya səfərini xəstəlik səbəbindən təxirə salıb Onda pnevmoniya aşkar edilib
Digər ölkələr
12 Sentyabr , 2016 10:05
Klinton Kaliforniyaya səfərini xəstəlik səbəbindən təxirə salıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Hillari Klinton xəstəlik səbəbindən seçkiqabağı kampaniya çərçivəsində Kaliforniyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb. Xanım namizəddə pnevmoniya aşkar edilib.

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə onun qərargahının rəsmi nümayəndəsi bildirib.

Qeyd edək ki, ABŞ-da keçiriləcək prezident seçkilərinə Demokrat Partiyasının namizədi kimi qatılan H.Klintonun Kaliforniyaya iki günlük səfəri gözlənilirdi. Səfər çərçivəsində seçkiqabağı tədbirlər üçün vəsaitin toplanması nəzərdə tutulurdu.

Bazar günü Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də baş vermiş terror qurbanlarının xatirəsinə həsr edilmiş tədbir zamanı Klintonun vəziyyəti birdən pisləşib və o, öz avtomobilinə sərbəst minə bilməyib. 

Son xəbərlər

Orphus sistemi