Klinton ABŞ-ın Paris iqlim sazişindən çıxmasını "tarixi səhv" adlandırıb

Klinton ABŞ-ın Paris iqlim sazişindən çıxmasını "tarixi səhv" adlandırıb "Paris sazişindən çıxmaq Amerika işçiləri və ailələrini geridə qoyur"
Digər ölkələr
2 İyun , 2017 06:58
Klinton ABŞ-ın Paris iqlim sazişindən çıxmasını tarixi səhv adlandırıb
Courtesy İmage

Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton Amerika lideri Donald Trampın ölkənin Paris iqlim sazişindən çıxarılmasına dair qərarını "tarixi səhv" adlandırıb.

"Report" xəbər verir ki, Klinton bu barədə "Twitter" səhifəsində yazıb.

"Tarixi səhvdir. Dünya iqlim dəyişiklikləri üzrə birlikdə irəli gedir. Paris sazişindən çıxmaq Amerika işçiləri və ailələrini geridə qoyur", — deyə Klinton bildirib.

Bundan öncə ABŞ-ın keçmiş prezidenti Barak Obama da Trampın bu qərarını tənqid etmişdi.

Son xəbərlər

Orphus sistemi