Kiyevin mərkəzində atışma olub, yaralılar var

Kiyevin mərkəzində atışma olub, yaralılar var Mübahisə iştirakçılar silahlardan və qaz balonlarından istifadə edib
Digər ölkələr
14 Dekabr , 2017 04:12
Kiyevin mərkəzində atışma olub, yaralılar var

Bakı. 14 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində iki qrup arasında yaranan mübahisə atışma ilə nəticələnib.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, münaqişə Vasilkovski küçəsində yerləşən, pizza hazırlanan məntəqənin yaxınlığında baş verib.

Mübahisə iştirakçıları silahlardan və qaz balonlarından istifadə edib.

Nəticədə altı nəfər xəsarət alıb. Onlardan biri kəllə travması alıb, digəri isə əlindən yaralanıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan dördü gözyaşardıcı qazdan xəsarət alıb.

Hadisənin təfərruatları müəyyənləşdirilir. 

Son xəbərlər

Orphus sistemi