​Kiyevdə Ukrayna, Almaniya və Fransa liderlərinin görüşü başa çatıb

​Kiyevdə Ukrayna, Almaniya və Fransa liderlərinin görüşü başa çatıb Görüşün detalları və qəbul olunan qərarlar barədə məlumat yoxdur
Digər ölkələr
6 Fevral , 2015 04:23
​Kiyevdə Ukrayna, Almaniya və Fransa liderlərinin görüşü başa çatıb

Bakı. 6 fevral. REPORT.AZ/ Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında aparılan danışıqlar başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

"Angela Merkel və Fransua Olland ilə danışıqlar yenicə başa çatıb. Tərəflər sülhə can atırlar", - deyə məlumatda vurğulanıb.

Görüşün detalları və qəbul olunan qərarlar barədə məlumat yoxdur.

Xatırladaq ki, fevralın 6-da Merkel və Olland Donbassdakı münaqişənin həlli yollarının tapılması üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək məqsədi ilə Moskvaya da səfər etmək niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi