Kiyevdə “Patriot” HHM kompleksinin öz analoqu üzərində işləyirlər

Kiyevdə “Patriot” HHM kompleksinin öz analoqu üzərində işləyirlər Ukrayna müdafiə sektoru və hökuməti xarici tərəfdaşlarla danışıqlar aparır və “Patriot” HHM kompleksinin analoqu olan öz layihəsi üzərində işləyir.
Digər ölkələr
12 aprel 2025 05:25
Kiyevdə “Patriot” HHM kompleksinin öz analoqu üzərində işləyirlər

Ukrayna müdafiə sektoru və hökuməti xarici tərəfdaşlarla danışıqlar aparır və “Patriot” HHM kompleksinin analoqu olan öz layihəsi üzərində işləyir.

“Report” xəbər verir ki, bunu Ukrayna strateji sənaye sahələri naziri Herman Smetanin 2024-cü ildə HMK-nın iş nəticələrinə dair konfransda "RBK-Ukrayna"nın müxbirinə bildirib.

Onun sözlərinə görə, bu sistem yalnız ABŞ-dən təchiz edilir və bu gün Rusiya ballistik raketlərini vura bilən yeganə qurğudur.

“Ukrayna ərazisində “Patriot” HHM raket komplekslərinin analoqları hələ yoxdur, ancaq müdafiə sənayemizin müvafiq layihəsi var və biz onun üzərində işləyirik”, –Smetanin deyib.

Dünyada belə komplekslər istehsal edə biləcək digər ölkələrə gəlincə, nazir qeyd edib ki, belə ölkələr var və Ukrayna artıq qismən lokallaşdırma barədə danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi