Kiyevdə Ali Rada qarşısında etiraz edənlərin sayı artıb - FOTO

Kiyevdə Ali Rada qarşısında etiraz edənlərin sayı artıb - FOTO Ali Rada deputatların toxunulmazlığının ləğvinə dair iki qanun layihəsini nəzərdən keçirməyə başlayıb
Digər ölkələr
19 Oktyabr , 2017 15:27
Kiyevdə Ali Rada qarşısında etiraz edənlərin sayı artıb - FOTO

Kiyev. 19 oktyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın qarşısında keçirilən mitinqdə, təxminən, minə yaxın insan iştirak edir.

"Report"un Ukrayna bürosunun məlumatına görə, parlamentin qarşısına toplaşanlar deputat toxunulmazlığının ləğvini, Antikorrupsiya Məhkəməsinin yaradılmasını, eləcə də seçkilər barədə qanuna dəyişikliklər edilməsini tələb edirlər.

Qeyd edək ki, bu dəqiqələrdə Ali Rada deputatların toxunulmazlığının ləğvinə dair iki qanun layihəsini nəzərdən keçirməyə başlayıb.

Etirazçılar parlamentin onların tələblərini nəzərə almayacağı təqdirdə, çadırları yığışdırmayacaqlarına söz veriblər.

Son xəbərlər

Orphus sistemi