​Kiyev rəsmi olaraq Rusiya ilə hərbi-texniki əməkdaşlığı dayandırıb

​Kiyev rəsmi olaraq Rusiya ilə hərbi-texniki əməkdaşlığı dayandırıb Ukrayna və Rusiya arasında HTƏ üzrə saziş ləğv edilib
Digər ölkələr
21 May , 2015 02:17
​Kiyev rəsmi olaraq Rusiya ilə hərbi-texniki əməkdaşlığı dayandırıb

Bakı. 21 may. REPORT.AZ/ Ukrayna və Rusiya arasında hərbi-texniki əməkdaşlıq (HTƏ) haqqında saziş ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın yanacaq və energetika naziri Vladimir Demçişin yerli hökumətin bu gün Kiyevdə keçirilən iclasından sonra bildirib.

Rusiya və Ukrayna arasında HTƏ haqqında saziş 26 may 1993-cü il tarixində imzalanıb.

Ukraynanın baş naziri Arseni Yasenyuk ötən gün bəyan edib ki, Nazirlər Kabineti bu sənədin fəaliyyətini dayandıracaq, çünki Rusiya Ukraynanın təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhlükə kəsb edir.

Bu qərar ölkə prezidenti Pyotr Poroşenkonun "Ukrayna Rusiya ilə əsl müharibə şəraitindədir" deməsinin ardınca qəbul olunub.

Son xəbərlər

Orphus sistemi