Kiyev məhkəməsinin binasında partlayış olub, ölən və yaralananlar var

Digər ölkələr
  • 05 iyul, 2023
  • 17:22
Kiyev məhkəməsinin binasında partlayış olub, ölən və yaralananlar var

Kiyev məhkəməsinin binasında partlayış olub.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Məlumata görə, partlayış Şevçenkovski Rayon Məhkəməsi ərazisində qeydə alınıb.

Nazir bildirib ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib:

"Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb".

44 filmi