KİV: Yaponiyanın yeni baş naziri oktyabrın 31-ə ümumi seçkilər təyin edəcək

KİV: Yaponiyanın yeni baş naziri oktyabrın 31-ə ümumi seçkilər təyin edəcək Yaponiyada tezliklə baş nazir vəzifəsinə təsdiqlənəcək hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kisida oktyabrın 31-də parlamentin aşağı palatasına ümumi seçkilər keçirmək niyyətindədir.
Digər ölkələr
4 Oktyabr , 2021 07:39
KİV: Yaponiyanın yeni baş naziri oktyabrın 31-ə ümumi seçkilər təyin edəcək
Fumio Kisida

Yaponiyada tezliklə baş nazir vəzifəsinə təsdiqlənəcək hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kisida oktyabrın 31-də parlamentin aşağı palatasına ümumi seçkilər keçirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə LDP-dəki mənbələrə istinadən NHK və TBS telekanalları bildirib. Seçki kampaniyası 19 oktyabrda başlayacaq.

Sentyabrın 29-da LDP sədri olan Kisida yaxın saatlarda parlamentdə ölkənin yeni baş naziri vəzifəsinə seçiləcək. Parlamentdə liberal demokratlar əksəriyyətə malikdirlər. Bu gün - bazar ertəsi həmçinin Yaponiyanın yeni hökumətinin tərkibi elan ediləcək.

Hökumət başçısının seçilməsi və dövlət büdcəsi layihəsinin qəbulu zamanı yuxarı palatadan üstün olan aşağı palatasının səlahiyyət müddəti oktyabrın 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi