KİV: Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
Digər ölkələr
- 30 iyun, 2025
- 19:37
ABŞ Prezidenti Donald Tramp gün ərzində Suriyaya qarşı Amerika sanksiyalarının yumşaldılması haqqında fərman imzalayacaq.
"Report" xəbər verir ki, bu barədə Ağ Evdə akkreditə olunmuş CBS telekanalının müxbiri Cennifer Ceykobs “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı fərman imzalayacaq", - paylaşımda bildirilir.
Xatırladaq ki, mayın 4-də Tramp Ər-Riyadda Suriyanın müvəqqəti başçısı Əhməd əş-Şaraa ilə danışıqlar aparıb. Bu da 25 il ərzində bu iki ölkənin rəhbərlərinin ilk görüşü olub. ABŞ lideri elan edib ki, Vaşinqton Hafiz Əsəd və onun oğlu Bəşər Əsədin hakimiyyəti dövründə Dəməşqə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvinə başlayacaq.
Son xəbərlər
13:51
Foto
Video
Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
İnfrastruktur13:33
Almaniyalı müdafiəçi "Milan"a keçə bilər
Futbol13:26
Tailand Kamboca ilə atəşkəsin şərtini açıqlayıb
Digər ölkələr13:04
Rusiya Kiyev və Avropanın sülh planına etdiyi dəyişikliklərdən narazıdır
Region12:44
Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası Bakıda keçiriləcək
Biznes12:37
London klubu antirekorda imza atıb
Futbol12:21
Bəzi yerlərdə yağış yağacaq
Ekologiya12:11
Moskvadan Antalyaya uçan təyyarə Mersinə təcili eniş edib
Region12:00