KİV: Suriyada yaraqlılar silahlarını hökumət qüvvələrinə təhvil verməyə razılaşırlar

KİV: Suriyada yaraqlılar silahlarını hökumət qüvvələrinə təhvil verməyə razılaşırlar Suriyanın təhlükəsizlik qüvvələri Dəməşqdə keçid hökumətinə tabe olmayan qruplaşmaların qalası kimi fəaliyyət göstərən Dəra əyalətindəki dörd bölgəyə nəzarəti təmin edib.
Digər ölkələr
13 aprel 2025 02:50
KİV: Suriyada yaraqlılar silahlarını hökumət qüvvələrinə təhvil verməyə razılaşırlar

Suriyanın təhlükəsizlik qüvvələri Dəməşqdə keçid hökumətinə tabe olmayan qruplaşmaların qalası kimi fəaliyyət göstərən Dəra əyalətindəki dörd bölgəyə nəzarəti təmin edib.

“Report” Suriya telekanalına istinadən xəbər verir ki, yerli qəbilələrin şeyxləri ilə əldə olunan razılaşma nəticəsində silahlılar Mseyfara, Sayda, Əl-Cizə və Əs-Səhva yaşayış məntəqələrində silahlarını hakimiyyət orqanlarına təhvil verməyə razılaşıblar.

Məlumata görə, təhlükəsizlik qüvvələri daha əvvəl bir sıra məhəllələrdə atışmaların baş verdiyi və komendant saatı tətbiq edilən Bosra əş-Şam şəhərində də (Dəməşqdən 110 km məsafədə) asayişi bərpa edib. Dəra qubernatoru Ənvər əl-Zubinin sözlərinə görə, toqquşmaların səbəbkarları hüquq-mühafizə orqanlarına təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi