KİV: Səudiyyə şahzadəsi “Qazprom” və “Lukoyl”a 500 milyon dollar sərmayə qoyub

KİV: Səudiyyə şahzadəsi “Qazprom” və “Lukoyl”a 500 milyon dollar sərmayə qoyub Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid ibn-Talal əl-Səud Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl Rusiya şirkətlərinin səhmlərinə 500 milyon dollardan çox sərmayə qoyub.
Digər ölkələr
15 Avqust , 2022 04:43
KİV: Səudiyyə şahzadəsi “Qazprom” və “Lukoyl”a 500 milyon dollar sərmayə qoyub

Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid ibn-Talal əl-Səud Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl Rusiya şirkətlərinin səhmlərinə 500 milyon dollardan çox sərmayə qoyub.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” Səudiyyə Ərəbistanı birjasının saytına istinadən xəbər verir.

Şahzadəyə məxsus olan “Kingdom Holding Co” investisiya şirkəti fevral ayında “Qazprom”, “Lukoil” və “Rosneft” tərəfindən verilmiş depozitar qəbzləri alıb.

Aktivlərin əldə edildiyi konkret tarixlər bildirilməyib.

Qeyd olunur ki, bu şirkətlərin qiymətli kağızlarının dəyəri Rusiya hərbi əməliyyatı başlayandan sonra kəskin şəkildə aşağı düşüb. “Bloomberg”in məlumatına görə, Səudiyyə şirkəti hələ də aktivlərə sahib olub-olmaması ilə bağlı suala cavab verməyib.

Son xəbərlər

Orphus sistemi