KİV: Qəzzada "İslami Cihad"a görə atəşkəs əldə olunmayıb

KİV: Qəzzada "İslami Cihad"a görə atəşkəs əldə olunmayıb Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejiminin bərqərar olması radikal “İslami Cihad” qruplaşmasının Misirə ona bir sıra təminatlar verməsi tələbi səbəbindən alınmır.
Digər ölkələr
7 Avqust , 2022 22:28
KİV: Qəzzada İslami Cihada görə atəşkəs əldə olunmayıb

Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejiminin bərqərar olması radikal “İslami Cihad”ın Misirdən bir sıra təminatlar tələb etməsi səbəbindən alınmır.

"Report" xəbər verir ki, bu barədə bazar günü axşam "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, “İslami Cihad” vasitəçi kimi çıxış edən Misirdən öz məhbuslarına zəmanət və İsrailin təcavüzünə son qoyulmasını tələb edir.

Həmçinin bildirilir ki, Misir vəziyyəti nəzarətdə saxlamaq və gərginliyin qarşısını almaq üçün döyüşən tərəflərlə əlaqə saxlamağa davam edir.

Daha əvvəl “Reuters” Fələstin rəsmisinə istinadən xəbər verib ki, Qəzza zolağında atəşkəs bazar günü yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi