KİV: Pentaqonun üçüncü məmuru məlumat sızıntıları səbəbindən vəzifədən uzaqlaşdırılıb

KİV: Pentaqonun üçüncü məmuru məlumat sızıntıları səbəbindən vəzifədən uzaqlaşdırılıb ABŞ Müdafiə Nazirliyi Ukrayna haqqında da daxil olmaqla məxfi məlumatların sızması ilə bağlı araşdırma ilə əlaqədar daha bir məmuru müvəqqəti olaraq vəzifədən uzaqlaşdırıb.
Digər ölkələr
17 aprel 2025 03:12
KİV: Pentaqonun üçüncü məmuru məlumat sızıntıları səbəbindən vəzifədən uzaqlaşdırılıb

ABŞ Müdafiə Nazirliyi Ukrayna haqqında da daxil olmaqla məxfi məlumatların sızması ilə bağlı araşdırma ilə əlaqədar daha bir məmuru müvəqqəti olaraq vəzifədən uzaqlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazıb.

Nəşrə görə, müdafiə nazirinin müavininin aparatının rəhbəri Kolin Kerrol inzibati məzuniyyətə göndərilib. Daha əvvəl qəzet bildirmişdi ki, məxfi məlumatların sızması ilə bağlı araşdırma ilə əlaqədar Pentaqonun aparatının rəhbər müavini Derin Selnik, həmçinin müdafiə nazirinin müşaviri Den Koldvel vəzifədən uzaqlaşdırılıb.

“Politico” qeyd edib ki, Pentaqon hazırda Panama kanalı ilə bağlı hərbi planlara, Qırmızı dənizdə ABŞ-nin daha bir aviadaşıyıcısının yerləşdirilməsinə, həmçinin İlon Maskın Pentaqona səfərinə və Ukrayna üçün kəşfiyyat məlumatlarının toplanmasına dair məxfi məlumatların sızması ilə bağlı təhqiqat aparır.

Aprel ayının əvvəlində Pentaqonun baş müfəttişinin aparatı ABŞ silahlı qüvvələrinin Yəmənə zərbələri haqqında məlumatların “Signal” mesencerində sızması ilə bağlı yoxlamaya başlayıb.

Son xəbərlər

Orphus sistemi