İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxsi polis saxlayıb.
“Report” xəbər verir ki, bu barədə "BFM" TV məlumat yayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, cinayətkar BRI Xüsusi İstintaq və Çevik Müdaxilə Briqadasının əməkdaşları tərəfindən dindirilir.
16:32
Naməlum şəxs İranın Parisdəki konsulluğuna daxil olub və binanı partlatmaqla hədələyib.
“Report” xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.
Məlumata görə, polis altıncı metro xəttini bağlayıb və binanın ətrafını mühasirəyə alıb.