Hindistanın şimalında təbii fəlakətdə ölənlərin sayı artıb - YENİLƏNİB

Hindistanın şimalında təbii fəlakətdə ölənlərin sayı artıb - YENİLƏNİB Hindistanın şimalındakı Himaçal Pradeş ştatında yağan güclü leysan yağışları nəticəsində baş verən daşqın və sel fəlakətlərində azı 16 nəfər ölüb, 2 nəfər də xəsarət alıb.
Digər ölkələr
28 İyul , 2021 20:20
Hindistanın şimalında təbii fəlakətdə ölənlərin sayı artıb - YENİLƏNİB

Hindistanın şimalındakı Himaçal Pradeş ştatında yağan güclü leysan yağışları nəticəsində baş verən daşqın və sel fəlakətlərində azı 16 nəfər ölüb, 2 nəfər də xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ötən gün ştatın üç bölgəsində başlayan təbii fəlakət nəticəsində Lahaul Spiti dairəsində 10 nəfərin, Kullu dairəsində 4 nəfərin, Çamba dairəsində də 2 nəfərin öldüyü bildirilir.

Bundan əvvəl Cəmmu və Kəşmir ştastında da 7 nəfərin öldüyü vuğulanıb.

Ölkədə yay yağıntı mövsümü başladığından müxtəlif bölgələrdə daşqın və sel fəlakəti baş verir. Ötən həftə ölkənin qərbindəki Maharaştra ştatında 190 nəfər ölüb.

11:11

Güclü musson yağışları səbəbindən Hindistanın şimalında azı 5 nəfər ölüb, daha 50 nəfərədək insan itkin düşüb.

Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.

Leysan səbəbindən Cammu və Kəşmir ittifaq ərazisinin Honzar Daççan kəndində azı 4 nəfər ölüb, daha 40 nəfərin taleyi naməlumdur. Yerli hakimiyyət orqanlarının məlumatına görə, leysan və suyun qalxması nəticəsində kənddə 8 evi su aparıb. Əraziyə xilasetmə komandaları cəlb edilib. Yaralılar HHQ-nin heliopterləri ilə təxliyə edilir.

Leysan digər şimal ştatı olan Himaçal-Pradeşdə də 1 nəfərin həyatına son qoyub, daha 10 nəfər itkin düşüb. Məlumata görə, su yerli şirkətin fəhlələrinin qaldığı 2 çadırı aparıb. Güclü su axını axtarış işlərinin aparılmasına mane olur.

Xatırladaq ki, Hindistanda musson yağışları dövrü başlayıb. Ölkənin müxtəlif yerlərindən təbii fəlakətlərlə bağlı xəbərlər daxil olur. Belə ki, Maharaştra əyalətində son günlər ərzində yağan güclü yağışlar və sel səbəbindən ölənlərin sayı 190-i nəfəri ötüb.

Son xəbərlər

Orphus sistemi