“HƏMAS” İsrailə 3 mindən çox raket atıb, ölən və yaralıların sayı artıb - YENİLƏNİB-8

Digər ölkələr
  • 08 oktyabr, 2023
  • 02:50
“HƏMAS” İsrailə 3 mindən çox raket atıb, ölən və yaralıların sayı artıb - YENİLƏNİB-8

“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində ölənlərin sayı artıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, İsrail ərazisinə atılan 3 mindən çox raket 300 nəfərin ölümünə, 1 500 yerli sakinin xəsarət almasına səbəb olub.

Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.

Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.

2023-10-07 22:57

“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox yerli sakin ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, İsrail ərazisinə atılan 3 mindən çox raket 1 452 nəfərin xəsarət almasına səbəb olub.

İsrail Səhiyyə Nazirliyi bildirib ki, hazırda 18 nəfərin vəziyyəti çox ağır, 267-sinin ağır, 279-nun orta ağır, 636 yaralının vəziyyəti isə yaxşıdır.

Qeyd olunub ki, 22 müxtəlif yerdə terrorçular mülki şəxslərə və əsgərlərə hücum ediblər. Hazırda mövcud vəziyyətlə bağlı ehtiyatda olan hərbçilər yenidən ordu sıralarına çağırılır.

21:40

“HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.

“Report” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 104 yerli sakin yaralanıb.

Qeyd olunub ki, ölənlərin sayının daha da artacağı gözlənilir.

17:55

HƏMAS-ın İsrailə hücumu nəticəsində 100 nəfər ölüb.

“Report” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 900 nəfərə çatıb.

Məlumatda çox sayda girovun Qəzzaya aparıldığı da bildirilir.

14:11

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

“Report” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlar isə 740 nəfərdir.

14:11

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.

“Report “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir.

13:45

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.

12:47

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində ölənlərin sayı 6-ya çatıb.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, müxtəlif xəstəxanalardan verilən məlumatda 200-ə yaxın yaralının olduğu bildirilib.

12:07

HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

“Report” “The Times of Israel” ə istinadən xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.

Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

11:43

İsrail ərazisinə Qəzza zolağından atılan raketlərdən sonra 80-ə yaxın yaralı ölkənin cənubundakı Beer-Şeva şəhərindəki “Soroka” xəstəxanasına aparılıb.

“Report” xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Bildirilib ki, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti