KİV: İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb

Digər ölkələr
  • 13 iyun, 2025
  • 11:57
KİV: İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb

İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb və yüksək rütbəli hərbi məmurlar və alimlər haqqında ətraflı dosyelər toplayıb.

“Report” “Israel National News”a istinadən xəbər verir ki, bunu İsrailin təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı həyata keçirdiyi "Rising Lion" əməliyyatı IDF, MOSSAD və İsrailin müdafiə sənayesi arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.

"Eyni zamanda, İranın strateji raket arsenalını neytrallaşdırmaq üçün gizli kampaniya başladılıb", - mənbə deyib.

Həmçinin qeyd olunub ki, son illərdə MOSSAD IDF ilə birgə İsrailin müdafiə sektorunun qabaqcıl texnologiyalarından istifadə edərək İranda silsilə gizli təxribat missiyaları həyata keçirib. "Bu fəaliyyət İranın hava hücumundan müdafiə və strateji raket sistemləri sahəsindəki imkanlarını zəiflədib", - mənbə bildirib.

Bundan əlavə, MOSSAD-ın xüsusi bölmələri əvvəlcədən Mərkəzi İrandakı zenit raket batareyalarının (SAM) yaxınlığında yüksək dəqiqlikli silah sistemləri yerləşdirib. İsrail Hərbi Hava Qüvvələri havadan hücuma başlayanda bu sistemlər aktivləşdirilib və eyni vaxtda dəqiq zərbələr endirərək əsas hədəfləri vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti