KİV: İsrail HHQ Dəməşqin cənubundakı hərbi obyektlərə zərbələr endirib

Digər ölkələr
  • 22 mart, 2025
  • 23:34
KİV: İsrail HHQ Dəməşqin cənubundakı hərbi obyektlərə zərbələr endirib

İsrailin Hərbi Hava Qüvvələri Dəməşqin cənubundakı hərbi hədəflərə hücum edib.

“Report” xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.

Məlumata görə, hava hücumu Dəməşqin cənubunda yerləşən Nəcha şəhərindəki hərbi obyektlərə və zabit yataqxanalarına endirilib.

Tələfat və maddi dağıntılar barədə məlumat yoxdur.