KİV: İranın raketlərinin təxminən 50 faizi İsraildəki hədəflərinə çatmayıb

KİV: İranın raketlərinin təxminən 50 faizi İsraildəki hədəflərinə çatmayıb İranın ballistik raketlərinin təxminən 50 faizi 13 aprel İsrailə hücumunda havaya qalxa bilməyib və ya hədəflərinə çatmayıb.
Digər ölkələr
15 Aprel , 2024 10:44
KİV: İranın raketlərinin təxminən 50 faizi İsraildəki hədəflərinə çatmayıb

İranın İsrailə buraxdığı ballistik raketlərin təxminən 50 faizi havaya qalxa bilməyib və ya hədəflərinə çatmayıb.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı adı açıqlanmayan amerikalı rəsminin sözlərinə istinadən məlumat yayıb.

“The Wall Street Journal” məlumatına görə, İran İsrailə 115-130 ballistik raket atıb. ABŞ rəsmiləri atılan raketlərin yalnız yarısının zərərsizləşdirildiyini, qalanlarının isə hədəfə çata bilmədiyini qeyd edib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Son xəbərlər

Orphus sistemi