KİV: İran ABŞ və Avropada prezident seçkilərinə kibercinayətlər həyata keçirir

KİV: İran ABŞ və Avropada prezident seçkilərinə kibercinayətlər həyata keçirir İran ABŞ və Avropada prezidentlik seçkilərinə kibercinayətlər həyata keçirir.
Digər ölkələr
18 Sentyabr , 2024 11:06
KİV: İran ABŞ və Avropada prezident seçkilərinə kibercinayətlər həyata keçirir

İran ABŞ və Avropada prezident seçkilərinə kibercinayətlər həyata keçirir.

“Report” xəbər verir ki, bu barədə “Haber Global”ın əldə etdiyi ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) yaxın olan Rane şirkətinin məruzəsində qeyd olunub.

Bildirilib ki, kəşfiyyat məlumatlarına görə, ABŞ-də prezidentliyə namizəd, keçmiş dövlət başçısı, Respublikaçı Donald Trampa qarşı sui-qəsd cəhdində də İranın əli ola bilər.

Həmçinin, qeyd olunub ki, rəsmi Tehran beynəlxalq miqyaslı dezinformasiya kampaniyası aparır: “İran son zamanda artan gərginliyə hərbi yolla cavab vermək əvəzinə, kiberhücumları seçir. İranın kiberhücumlara üstünlük verməsinin başqa bir səbəbi isə belə addımların arxasında konkret dəlilin olmamasıdır”.

İddia edilir ki, İrandan olan haker qrupları D.Trampa qarşı sui-qəsdlə bağlı paylaşımları maliyyələşdirir.

Qeyd edək ki, bu il D.Trampa qarşı iki dəfə - iyunun 13-də və sentyabrın 15-də sui-qəsd cəhdi olub.

Son xəbərlər

Orphus sistemi