KİV: "Hizbullah İsraillə toqquşmada ciddi itkilər verib, Livan uzunmüddətli müharibəyə hazırlaşır"

KİV: "Hizbullah İsraillə toqquşmada ciddi itkilər verib, Livan uzunmüddətli müharibəyə hazırlaşır" “Son 3 həftə ərzində İsraillə sərhəddə baş verən toqquşmalarda onlarla Hizbullah döyüşçüsü öldürülüb. Livan ciddi itkilər verib. Ona görə də Livan itkilərin qarşısının alınması üçün uzunmüddətli müharibəyə hazırlıq görür”.
Digər ölkələr
31 Oktyabr , 2023 09:28
KİV: Hizbullah İsraillə toqquşmada ciddi itkilər verib, Livan uzunmüddətli müharibəyə hazırlaşır

“Son 3 həftə ərzində İsraillə sərhəddə baş verən toqquşmalarda onlarla Hizbullah döyüşçüsü öldürülüb. Livan ciddi itkilər verib. Ona görə də Livan itkilərin qarşısının alınması üçün uzunmüddətli müharibəyə hazırlıq görür”.

“Report” xəbər verir ki, bu barədə “Blomberg” nəşri yazıb.

Bildirilib ki, oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayandan bəri Livan 47 döyüşçü itirib: “Bu rəqəm 2006-cı ildə Hizbullah və İsrail arasında genişmiqyaslı müharibədə həlak olanların təxminən beşdə biridir. Hizbullah itkilərinin sayını azaltmaq məqsədilə əlavə tədbirlər görür. İsrail isə bildirib ki, Livanla olan şimal sərhədində münaqişədə maraqlı deyil”.

Bundan başqa, nəşr İsrailin Baş naziri Benyamin Netanyahunun fikirlərini xatırladıb: “Hökumət başçısı söyləmişdi ki, əgər Livanla müharibə başlasa, bu ölkə viran qalacaq”.

Qeyd olunub ki, Hizbullah 2006-cı ildən bəri silah arsenalını genişləndirir: “Hizbullahın cəbbəxanasında hazırda İsrailin bütün hissələrini vura bilən pilotsuz təyyarələr və raketlər var”.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu "Hizbullah"ın Livan ərazisindəki bazalarını bombalayıb. Livanın Baş naziri Nəcib Mikati dünən, oktyabrın 30-da Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayıb.

Son xəbərlər

Orphus sistemi